"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabi Rumıniya çempionatında oynayacaq.

Matc.az xəbər verir ki, Ağdam təmsilçisini tərk edərək "Bandırmaspor"a keçmiş, amma orada da qala bilməyən fransız "Politexnika Yaşi" ilə anlaşıb.

Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-2024-cü illərdə "Qarabağ"ın formasını geyinib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest