16 Fevral 2025, 14:42
FUTBOL
"Mançester Yunayted" cinah oyunçusu Amad Diallonun məşq zamanı aldığı zədə ilə bağlı açıqlama yayıb.
Matc.az xəbər verir ki, klub Diallonun Premyer Liqada "Tottenhem"lə qarşılaşmadan əvvəl Karrinqtonda məşq zamanı zədə aldığını açıqlayıb.
22 yaşlı futbolçunun indi bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Diallo 2021-ci ildə "Mançester Yunayted"ə keçib. Onun klubla müqaviləsi 2030-cu ilə qədərdir. Hazırda futbolçunun transfer dəyəri 25 milyon avro qiymətləndirilir.