Bakı klubu Qazaxıstan millisinin və "Tobol" klubunun sağ cinah yarımmüdafiəçisi İslam Çesnokov ilə yaxından maraqlanır. "Neftçi" Qazaxıstan klubuna sərfəli təklif göndərib və klub da bununla razılaşıb.
"Neftçi" heyətini yeni legionerlə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, Bakı klubu Qazaxıstan millisinin və "Tobol" klubunun sağ cinah yarımmüdafiəçisi İslam Çesnokov ilə yaxından maraqlanır.
"Neftçi" Qazaxıstan klubuna sərfəli təklif göndərib və klub da bununla razılaşıb.
Lakin hələlik futbolçu qərarını verməyib. 25 yaşlı forvard üçün Şotlandiyanın "Harts" klubu da təklif göndərib. "Tobol" isə Britaniya klubunun şərtləri ilə razılaşmayıb.
Qeyd edək ki, Çesnokovun "Tobol" ilə ilə müqaviləsi cari ilin oktyabrında başa çatacaq. O, Qazaxıstan millisinin heyətində 11 oyuna çıxıb və 2 dəfə fərqlənib.