"Atalanta"nın baş məşqçisi Can Piero Qasperini İtaliya A Seriyasının oyunlarında Berqamo klubu ilə 600 xal toplayıb.

Matc.az xəbər verir ki, bu barədə "Opta Sports" məlumat paylaşıb.

İtaliya çempionatı tarixində bir komanda ilə 600+ xal toplayan ilk məşqçi "Yuventus"a rəhbərlik etmiş Massimiliano Alleqri olub. Turinlilərin "sükanı arxası"nda Alleqri 663 xal toplayıb.

Qeyd edək ki, Qasperini 2016-cı ilin iyununda "Atalanta"ya rəhbərlik edir. İtalyan mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Qasperini karyerası ərzində "Krotone", "Cenoa", "İnter" və "Palermo"nu çalışdırıb.

"Atalanta" 25 turdan sonra 51 xalla A Seriyasının turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. Turni cədvəlinə 56 xalla "Napoli" başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest