17 Fevral 2025, 00:24
FUTBOL
Türkiyə Superliqasında XXIV turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
"Hatayspor" evdə "Alanyaspor"a qalib gəlib. "Eyüpspor" – "Kayserispor" görüşündə heç-heçə qeydə alınıb. "Samsunspor" səfərdə "Konyaspor"u məğlub edib. "Fənərbaxça" isə doğma meydanda "Kasımpaşa" üzərində inamlı qələbə qazanıb.
Qeyd edək ki, tura 17 fevralda yekun vurulacaq.
Türkiyə Superliqası
XXIV tur
16 fevral
"Hatayspor" – "Alanyaspor" - 1:0
Qol: Bamqboy, 56
"Eyüpspor" – "Kayserispor" - 1:1
Qollar: Mor, 56 // Attamah, 90+2
"Konyaspor" – "Samsunspor" - 0:1
Qol: Bola, 3
"Fənərbaxça" – "Kasımpaşa" - 3:1
Qollar: En-Nesiri, 21, 71, Aydın, 52 // Fall, 62