17 Fevral 2025, 10:10
                
                
                
                                FUTBOL 
                                
                
               
              “Zirə” eyni sayda səfərdə 3 xal qazanan “Şəmkir”lə eyni göstəriciyə malikdi.
				 
 
Misli Premyer Liqasının XXIII turunda səfərdə “Sumqayıt”la üz-üzə gələn “Zirə” 3:0 hesablı qalibiyyətə sevinib. Matc.az xəbər verir ki, bu, “qartallar”ın 50-ci səfər qələbəsi kimi tarixə düşüb.
Bu barədə məlumat Peşəkar Futbol Liqası tərəfindən yayılıb.
Bu, 2015-ci ildə Premyer Liqada debüt edən Bakı klubunun rəqib meydanlarındakı 145-ci oyunda 50-ci qələbəsi olub. Qəsəbə təmsilisi ölkə çempionatları tarixinə səfərdə 50 və daha çox qələbə qazanan 10-cu komanda kimi düşüb.
“Zirə” eyni sayda səfərdə 3 xal qazanan “Şəmkir”lə eyni göstəriciyə malikdi.

            
 
_1762260863.jpg)








_1762210118.jpg)
