17 Fevral 2025, 11:39
FUTBOL
“Mançester Siti” rəhbərliyi komandanın futbolçusu Kevin de Bruyneni kiminlə əvəzləyəcəyini düşünür. Matc.az xəbər verir ki, “şəhərlilər” belçikalı yarımmüdafiəçinin yerinə onun həmyerlisini gətirə bilərlər.
Söhbət “Atalanta”da çıxış edən Şarl de Ketelaredən gedir. Mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq de Bruyne ilə yolların ayrılması istisna edilmir. Onun yerinə ən real namizəd isə de Ketelare sayılır.
Qeyd edək ki, 23 yaşlı futbolçu “Atalanta”da 37 matçda 11 dəfə fərqlənib.