“Əl-Əhli”nin futbolçusu Roberto Firmino klubla yollarını ayıra bilər. Matc.az xəbər verir ki, braziliyalı hücumçu müqaviləsini ləğv edərək sərbəst agent statusuna yiyələnmək niyyətindədi.

2023-cü ilin yayında “Əl-Əhli”yə keçən Firmino Səudiyyə Ərəbistanı çempionatı oyunlarında iştirak etmir. 33 yaşlı futbolçunun adı müxtəlif klublarla birgə hallanmaqdadı.

Qeyd edək ki, Firminonun “Əl-Əhli” ilə qüvvədə olan müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest