17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İnkişaf Kubokunda növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, komandamız İran yığması ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə təşkil olunan qarşılaşmanın taleyini 1 qol həll edib. Amin Rzayevin 47-ci dəqiqədə başla vurduğu qol yeganə olub və komandamıza 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, U-17 qrupda son oyununu fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığmasına qarşı keçirəcək. Dünən keçirilən ilk görüşdə isə komandamız Rusiyaya (0:3) məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest