“Milan”ın qapıçısı Mayk Menyanın durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, 29 yaşlı qolkiper karyerasını hazırkı komandasında davam etdirəcək.

Fransa millisinin üzvü PSJ-nin maraq dairəsinə düşüb. Lakin o, “rossonyerlər”lə müqavilə müddətinin 2029-cu ilə qədər uzadılmasında razılığa gəlib.

Qeyd edək ki, Mayk Menyan bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest