Fransanın "Lans" klubunun yarımmüdafiəçisi David Kosta "Portland Timbers"ə keçib.

Matc.az xəbər verir ki, bu barədə MLS klubunun rəsmi saytı məlumat yayıb.

Transferin dəyəri 5,72 milyon avro təşkil edib. Müqavilə 2028-ci il dekabrın 31-dək, daha bir mövsüm uzatmaq imkanı ilə bağlanıb.

Qeyd edək ki, 24 yaşlı portuqaliyalı "Lans"ın yetirməsidir və indiyədək başqa klublarda oynamayıb. O, Fransa klubunun heyətində 123 oyun keçirib, 10 qol vurub və 13 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest