“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının pley-off mərhələsində “Real”la keçiriləcək cavab oyununu dəyərləndirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis həmyerlilərinə qarşı dueldə şansları barədə danışıb.

O, 1/8 finala vəsiqə qazanmaq ehtimallarının az olduğunu etiraf edib: “Hazırkı mövqeyimizi nəzərə alsaq, “Santyaqo Bernabeu”da qələbə qazanmaq şansımız minimumdu, hətta 1 faizdi. Ancaq bu imkandan da yararlanmağa çalışacağıq”.

Qeyd edək ki, bu gün keçiriləcək “Real” - “Mançester Siti” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İngiltərədəki ilk matçda madridlilər 3:2 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest