18 Fevral 2025, 11:55
FUTBOL
Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi ola bilər. Matc.az xəbər verir ki, 52 yaşlı mütəxəssis artıq yerli federasiya ilə danışıqlara başlayıb.
Məlumata görə, Zidan hazırda Fransa Futbol Federasiyası ilə şəxsi müqavilənin detallarını müzakirə edir. O, Didye Deşamdan sonra millinin sükanı arxasına keçməyə əsas namizəddi.
Qeyd edək ki, Didye Deşam DÇ-2026-dan sonra millidən ayrılacağını açıqlayıb.