“Liverpul”un kapitanı Vircil van Deyk “Barselona”ya keçməyəcək. Matc.az xəbər verir ki, İspaniya klubu Niderland millisinin üzvünü heyətinə cəlb etmək fikrində deyil.

Ulduz futbolçunun İngiltərə təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdi. 33 yaşlı müdafiəçi hətta yayda azad agent statusu alsa belə, “Barsa” onu heyətinə qatmaqda maraqlı olmayacaq. Buna səbəb van Deykin yaşının çoxluğu və yüksək məvacib tələb etməsidi.

La Liqa klubunun müdafiə xətti üçün əsas namizədi “Bayer”in 29 yaşlı oyunçusu Conatan Tadı.

Qeyd edək ki, Vircil van Deyk 2018-ci ildən “Liverpul”un formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest