“Mançester Siti” yarımmüdafiəçi Kevin De Bruynenin əvəzləyicisini tapıb. Matc.az xəbər verir ki, İngiltərə nəhəngi Belçika millisinin üzvünün mövsümün sonunda ayrılmasına hazırdı.
Çünki bu baş verəcəyi təqdirdə “şəhərlilər” hazırda “Atalanta”da çıxış edən Şarl de Ketelaereni transfer edəcək. De Bruynenin millidəki komanda yoldaşı üçün onun klubu ilə danışıqlara start verilib. 23 yaşlı pleymeyker mövsümün əvvəlində 22 milyon avroya “Milan”dan keçdiyi “Atalanta”nı “Mançester Siti”yə dəyişməyin əleyhinə deyil.
Onun italyanlarla müqaviləsi 2027-ci ilin yayına qədərdi. Belçikalı cari mövsüm 37 oyunda 11 qol vurub, 10 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Kevin de Bruynenin Səudiyyə Ərəbistanı və ya ABŞ klublarından birinə keçməsi gözlənilir.