“Mançester Yunayted”in əfsanəvi futbolçusu Rio Ferdinand komandanın hazırkı durumunu dəyərləndirib. Matc.az xəbər verir ki, sabiq müdafiəçi “qırmızı şeytanlar”ın Premyer Liqanı tərk etməsindən qorxur.

O, Çempionşipə düşmək ehtimalının heç də az olmadığını bildirib: “Mançester Yunayted böyük problem içindədi. Klubumla aşağı liqa zonası arasında yalnız “Vulverhempton” və “Vest Hem” var. Deyirlər ki, Premyer Liqada qalmaq üçün bizə 11 xal lazımdı. Qarşıdakı matçların siyahısına baxmışam. Nəyəsə nail ola biləcəyimiz yeganə oyun “Lester”lə görüşdü”.

Qeyd edək ki, 25 turdan sonra aktivində 29 xal olan “Mançester Yunayted” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest