Qadınlardan ibarət futbol üzrə milli komandamızın UEFA Millətlər Liqasının C4 qrupunda Monteneqro ilə Bakıda keçiriləcək açılış turunun matçında iş başında olacaq hakimlər açıqlanıb. Matc.az xəbər verir ki, görüş qazaxıstanlı hakimlər briqadasına tapşırılıb.

Baş hakim funksiyasını Tatyana Sorokopudova icra edəcək. Ona yan xətt hakimləri kimi Nargis Maqau və Dinara İdrisova yardımçı olacaqlar. Dördüncü hakim kimi isə Elvira Nurmustafina iş başında olacaq.

Qeyd edək ki, fevralın 21-də “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan - Monteneqro oyunu saat 15:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest