18 Fevral 2025, 15:37
FUTBOL
UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.
O, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində fevralın 20-də keçiriləcək “Qalatasaray” (Türkiyə) - “AZ Alkmaar” (Niderland) görüşünün UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, görüş İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək.