18 Fevral 2025, 16:23
FUTBOL
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib. Matc.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığmamız Şimali İrlandiya yığması ilə üz-üzə gəlib.
Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma Şimali İrlandiya millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 21-də meydan sahibi Albaniya seçməsinə qarşı keçirəcək.