18 Fevral 2025, 17:00
FUTBOL
"Atletiko" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, komandanın kapitanı Koke sıradan çıxıb. Sağ ayağının əzələsindən zədələnən təcrübəli futbolçunun bərpa müddəti dəqiq açıqlanmayıb. Onun ən azı martın sonunadək yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi La Liqanın cari mövsümündə 23 oyunda forma geyinib.