Azərbaycan yığmasının çalışdırıcısı Fernandu Santuş paylaşım edib. Matc.az xəbər verir ki, portuqaliyalı məşqçinin paylaşımı “Portu”nun sabiq prezidenti Pintu da Koştanın ölümü ilə bağlı olub.

Bu xəbəri dərin üzüntü ilə qarşılayan Santuş məhz Koştanın rəhbərliyi altında məşqçi və insan kimi böyüdüyünü qeyd edib: “Koştanın fədakarlığı, “Portu”ya olan həvəsi hər birimiz üçün ilham oldu. Zəkası və xarizması ilə diqqət çəkirdi. Onun uzaqgörənliyi və liderlik keyfiyyətləri var idi. Məhz bunun hesabına Portuqaliya, eləcə də dünya futbolunda onunla işləmək imkanı olan insanların həyatında silinməz iz qoydu. Onun xatirəsi əbədi olaraq qəlbimizdə qalacaq”.

Qeyd edək ki, Santuş 1998-2001-ci illərdə “Portu”nun “sükanı arxasında” olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest