“Barselona”nın futbolçusu Ansu Fati karyerasını Almaniyada davam etdirə bilər. Matc.az zəbər verir ki, 22 yaşlı hücumçu ilə “Borussiya” yaxından maraqlanır.

Dortmund klubu Fatini yayda heyətinə qatmağı planlaşdırır. Almanlar bu keçidin baş tutması üçün 10 milyon avro xərcləməyə hazırdılar.

Qeyd edək ki, Fatinin “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest