18 Fevral 2025, 18:30
FUTBOL
İtaliya millisinin sabiq qapıçısı Canluici Buffonun oğlu Lui Buffon Çexiyanın 18 yaşadək futbolçulardan ibarət yığmasına dəvət alıb.
Matc.az xəbər verir ki, bu barədə Çexiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
İtaliyada "Piza" klubunda çıxış edən vinger millinin təlim-məşq toplanışına çağırılıb.
Qeyd edək ki, çexiyalı model Alena Seredovanın da oğlu olan Lui Buffonun ikili vətandaşlığı var.