18 Fevral 2025, 19:21
FUTBOL
"Los-Anceles"in hücumçusu Olivye Jirunun evi qarət edib.
Matc.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Bildirilir ki, oğrular hələ də saxlanılmayıb, polis araşdırmalarını davam etdirir. 10-dan çox kişi saatı oğurladığı qeyd edilir. Dəymiş ziyanın ümumi məbləği isə təxminən 500 min dollardır.
Qeyd edək ki, Jiru 2024-cü ildən "Los-Anceles"də oynayır. Fransız forvard əvvəllər "Milan", "Çelsi", "Arsenal" və "Monpelye"də çıxış edib.