"Mançester Yunayted"in bəzi oyunçuları "qırmızı şeytanlar"ın qənaətbəxş olmayan nəticələrinə görə, baş məşqçi Ruben Amorimə qarşı inamını tədricən itirir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" paylaşıb.

Futbolçular hesab edir ki, "Mançester Yunayted" qalib gəldiyi oyunlarda komanda bunu Amorimin taktiki ideyaları ilə yox, əsasən oyunçuların ustalığı və ya bəxt hesabına bacarır.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 25 turundan sonra aktivində 29 xalı olan "qırmızı şeytanlar" hazırda 15-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest