"Barselona" 36 yaşlı hücumçu Robert Levandovskinin müqaviləsini 2027-ci ilə qədər uzatmaq niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.
Bildirilir ki, polşalı futbolçunun müqaviləsi tezliklə avtomatik olaraq 2026-cı ilə qədər uzadılacaq, çünki o, "barselona"nın oyunlarının 55 faizində iştirak etmiş olacaq. İndi Kataloniya klubunun rəhbərliyi Levandovskini 2027-ci ilə qədər komandada saxlamaq variantını nəzərdən keçirir.
"Barselona" ilə Levandovski arasında yaxşı münasibətlər nəzərə alınaraq, müqavilənin uzadılmasının heç bir problem olmadan əldə olunacağı gözlənilir. Futbolçunun özü də komandada qalaq niyyətindədir.
Polşalı hücumçunun yeni müqaviləsində bir sıra yeni bonuslar nəzərdə tutulub.