İspaniya Kral Futbol Federasiyası (RFEF) hakim Xose Munuera Monteronun futboldan kənar fəaliyyəti ilə bağlı rəsmi araşdırmaya başlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.
Bildirilir ki, araşdırma Montero tərəfindən qurulan konsaltinq şirkətini hədəf alıb. Onun müştəriləri arasında La Liqa, UEFA, İspaniya və Avropanın bəzi klubları var.
RFEF-in xüsusi komitəsi bağlı hakimlə bağlı araşdırmaya başlayıb. Monteroya qarşı iş açılsa, o, 100 min avro cərimə və 5 ilədək diskvalifikasiya şəklində sanksiyalarla üzləşə bilər.
Xatırladaq ki, İspaniyaLa Liqasının 24-cü turunun "Real" – "Osasuna" matçında (1:1) Montero "Krak Klubu"nun yarımmüdafiəçisi Cud Bellinqemə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə göstərmişdi. Bundan əlavə o, "Real"ın qapısına penalti də təyin edib.