19 Fevral 2025, 09:51
FUTBOL
“Feyenoord” 32 ildən sonra ilk dəfə Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlib. Matc.az xəbər verir ki, Niderland klubu pley-off mərhələsində “Milan”ı üstələməklə buna nail olub.
Evdə 1:0 hesablı qələbə qazanan “Feyenoord” cavab görüşündə bərabərə qalıb – 1:1. Komanda axırıncı dəfə 1993-cü ildə 1/8 finalda mübarizə aparıb.
“Milan”ın isə 1/8 final həsrəti davam edir. “Rossonyerlər” son 11 mövsümdə cəmi bir dəfə bu mərhələni görüb. Bu da 2022-23 mövsümünə təsadüf edib.
Qeyd edək ki, “Feyenoord” 1/8 finalda “İnter” və ya “Arsenal”la qarşılaşacaq.