19 Fevral 2025, 10:06
FUTBOL
İlham Yadullayevin yetirmələri Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:20-də başlayacaq. U-17 ilk iki oyununda Rusiyaya 0:3 hesabı ilə məğlub olub, İrana isə 1:0 hesabı ilə qalib gəlib.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İnkişaf Kuboku çərçivəsində bu gün növbəti oyununu keçirəcək. Matc.az xəbər verir ki, bu, yığmamızın B qrupundakı son görüşü olacaq.
İlham Yadullayevin yetirmələri Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.
Qeyd edək ki, U-17 ilk iki oyununda Rusiyaya 0:3 hesabı ilə məğlub olub, İrana isə 1:0 hesabı ilə qalib gəlib.