19 Fevral 2025, 10:14
FUTBOL
Ölkələrin UEFA reytinqi yenilənib. Matc.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin son 4 oyunundan sonra bəzi ölkələrin aktivlərində xal dəyişikliyi olub.
İtaliyanın 2, Fransa və Şotlandiyanın 1 komandası turnirlə vidalaşıb.
Azərbaycanın isə xal ehtiyatı və mövqeyi dəyişməyib. Avrokuboklarda təmsilçisi qalmayan ölkəmiz 19,625 xalla 28-ci pillədə qalıb. Cari mövsümün qazancı isə 2,875-ə bərabərdi.
Qeyd edək ki, cədvələ 106,624 xalla İngiltərə başçılıq edir.