19 Fevral 2025, 10:40
FUTBOL
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Finlandiya Liqa Kubokunda növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, onun formasını geyindiyi HİK səfərdə KTP ilə qarşılaşıb.
A qrupunda yer alan Helsinki təmsilçisi 4:0 hesablı qələbə qazanıb. 72-ci dəqiqədə meydana daxil olan millimizin üzvü cəmi 3 dəqiqə sonra qarşılaşmada son nöqtəni qoyan qola imza atıb.
HİK 12 xalla A qrupunda birinci yeri tutaraq yarımfinala yüksəlib.