19 Fevral 2025, 11:12
FUTBOL
“Roma”nın hücumçusu Paulo Dibala Səudiyyə Ərəbistanına köçə bilər. Matc.az xəbər verir ki, “Əl-Kadisiya” klubu argentinalı forvardla maraqlanır.
Adıçəkilən komanda dünya çempionuna 3 illik müqavilə təklif edib. 31 yaşlı ön xətt oyunçusu keçidə razılıq versə, qazancı 75 milyon avro olacaq. Paulonun bu təklifi müsbət cavablandırması gözlənilir.
Qeyd edək ki, Dibala bu mövsüm A Seriyasında 21 oyun keçirib, 6 qol, 2 assitlə yadda qalıb. Onun “Roma” ilə müqaviləsi gələn ilin yayına qədərdi.