“Zirə” hücumçusu Filip Paxtmannla vidalaşıb. Matc.az xəbər verir ki, bu barədı məlumat paytaxt klubunun mətbuat xidmətindən bildirilib.

24 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıqla xitam verildiyi açıqlanıb. Braziliyalının gedişi onun uzunmüddətli zədələri və komandaya xeyir verə bilməməsidi. Təsadüfi deyil ki, o, cari mövsüm heç bir oyunda iştirak etməyib.

Qeyd edək ki, Filip Paxtmann “Zirə”yə 2021-ci ilin əvvəlində Ukraynanın “Lvov” klubundan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest