Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın ən yaxşı 23 yaşadək dayaq yarımmüdafiəçilərinı sıralayıb. Matc.az xəbər verir ki, qurum 46 liqada apardığı araşdırmaya əsasən siyahı müəyyənləşdirib.

Maraqlıdır ki, cədvələ iki azərbaycanlı futbolçu da düşüb. Onlardan “Turan Tovuz”un müdafiəyəmeyilli oyunçusu Fərid Yusifli 64,3 reytinqlə dünyada 85-ci pillədə göstərilib. “Neftçi”nin orta sahə oyunçusu Emil Səfərov isə 89-cudu. O, 64,1 reytinqə malikdi.

CİES-in siyahısına Mönhenqladbax “Borussiya”sının üzvü Rokko Reyts başçılıq edir. O, 86,9 əmsala layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest