“Liverpul” son illərin ən böyük yay transferlərindən birini planlaşdırır. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar”ın qısa siyahısında olanlardan biri “Bornmut”un müdafiəçisi Din Heysendi.
“Mersisaydlılar” 19 yaşlı arxa xətt oyunçusunu komandadan ayrılması gözlənilən Vircil van Deykə layiqli əvəzləyici qismində görür. Rəhbərlik Heysenin uzun müddət komandaya xidmət edəcəyinə inanır. İspaniyalı futbolçunun müqaviləsində 60 milyon avro qarşılığında vaxtından əvvəl xitam verilməsi bəndi var.
“Liverpul”un digər transfer hədəfi isə öncədən də bilindiyi kimi, “Nyukasl”ın 25 yaşlı hücumçusu Aleksander İsakdı. İsveçli forvardı almaq istəyən klub 145-180 milyon avro aralığında təklif göndərməlidi. İsak özü də “qırmızılar”a keçməkdə maraqlıdı.