Pusi Rusiya Premyer Liqasında çıxış edən “Fakel”lə (Voronej) razılıq əldə edib.

“Şamaxı”da ayrılıq baş verib. Matc.az xəbər verir ki, bölgə təmsilçisi albaniyalı futbolçu Belajdi Pusi ilə əməkdaşlığı dayandırıb.

Bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Pusi Rusiya Premyer Liqasında çıxış edən “Fakel”lə (Voronej) razılıq əldə edib. Belajdi artıq yeni klubunun düşərgəsindədi. Albaniyalı hücumçu tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, 27 yaşlı forvard "Şamaxı"nın heyətində cari mövsümdə 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest