İntizam Komitəsi tərəfindən neqativ hallarla bağlı hüquqi qiymət verilib.

AFFA İntizam Komitəsinin iclasında aşağı liqalarla bağlı başqa qərarlar da qəbul edilib. Matc.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.

AFFA U-14 Liqasında keçirilməli olan “Neftçi” İK İB - “Ramana” İM oyunu “Ramana” İM təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-13 Liqasında keçirilməli olan “Hindarx” (Ağcabədi) - “Tərtər” FK oyunu “Hindarx”ın heyətində yetərsay olmadığına görə baş tutmadığına görə Ağcabədi təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-12 Liqasında keçirilməli olan “Məhsul” (Zərdab) - “Pambıqçı” (Bərdə) oyunu “Pambıqçı” təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün Bərdə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Pambıqçı” yarışlardan kənarlaşdırılıb.

AFFA U-11 Liqasında keçirilməli olan “Ağdam” FK - “Olimpiya” (Ağcabədi) oyunu “Olimpiya”nın heyətində yetərsay olmadığına görə baş tutmadığına görə Ağcabədi təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-10 Liqasında keçirilməli olan “Pambıqçı” (Bərdə) - “Ramal” (Tərtər) oyunu “Pambıqçı” komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün Bərdə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Pambıqçı” komandası yarışlardan kənarlaşdırılıb.

AFFA U-13 Qızlar liqasının “Dinamo” (Balakən) - “Marxal” (Şəki) oyununda “Marxal” (Şəki) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün “Marxal”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest