19 Fevral 2025, 14:38
FUTBOL
I Liqada “Ayın qolu” layihəsi çərçivəsində yanvarın ən yaxşı qolunun müəllifi olan Emil Qasımov mükafatlandırılıb.
Matc.az xəbər verir ki, “Karvan”ın futbolçusuna mükafatlar XV turun “ASCO Arena”da keçirilən “Cəbrayıl” - “Karvan” qarşılaşmasından əvvəl təqdim olunub.
Mükafatı ona Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev verib.