İspaniya La Liqa klublarının mövsümün ikinci dövrəsi üçün maaş limiti ilə bağlı məlumat yayılıb. Matc.az xəbər verir ki, “Real” hələ də futbolçu heyəti və məşqçilər üçün ən yüksək xərcləri ödəmək iqtidarındadı.

Yay “transfer pəncərəsi”ndən sonra olduğu kimi, Madrid təmsilçisi indi də 754 milyon 894 min avro xərcləmək imkanına malikdi.

“Barselona”nın qadağası 6 ayda artıb. Bu, daha əvvəl 426 milyon 427 min avro idisə, indi 463 milyon 642 min avroya çatıb. “Atletiko”da da dəyişikliklər müşahidə olunub – 310 milyon 745 min avrodan 314 milyon 281 min avroya.

“Real Sosyedad” (160 milyon 173 min), “Vilyarreal” (135 milyon 860 min), “Betis” (108 milyon 387 min) və “Atletik” (105 milyon 818 min) də 100 milyondan çox pul xərcləmək hüququna malikdilər.

Hazırda ən çətin durumda olan klub “Sevilya”dı. Əndəlüslərin limiti 2 milyon 499 min avrodan 684 min avroya endirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest