Türkiyə Superliqasının 23-cü turunda reallaşacaq derbini kimin idarə edəcəyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, "Qalatasaray" - "Fənərbağça" matçı sloveniyalı hakimə tapşırılacaq.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

O bildirib ki, Mərkəzi Hakimlər Komitəsi fevralın 24-də reallaşacaq İstanbul derbisinə sloveniyalı FIFA referisi Slavko Vinçiçi təyin etmək niyyətindədi.

Qeyd edək ki, Vinçiç bu gün Çempionlar Liqasında PSV (Niderland) - "Yuventus" (İtaliya) görüşündə iş başında olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest