"Tottenhem"in keçmiş futbolçusu Qilfi Siqurdssonun karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib. Matc.az xəbər verir ki, o, karyerasını vətənində davam etdirəcək.

Belə ki, İslandiya yığmasının sabiq üzvü “Vikinqur" ilə müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Qeyd edək ki, Siqurdsson vaxtilə “Everton”, “Suonsi”, “Ridinq” və “Hoffenhaym” klublarında da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest