19 Fevral 2025, 16:19
FUTBOL
Millimizin heyətində Əhməd Vəliyev və İmran Süleymanzadə fərqlənib.
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda qrupdakı son matçını keçirib. Matc.az xəbər verir ki, U-17 B qrupundakı son oyununda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Oyun yığmamızın qələbəsi ilə nəticələnib - 2:1. Millimizin heyətində Əhməd Vəliyev və İmran Süleymanzadə fərqlənib.
Qeyd edək ki, U-17 turnir çərçivəsində keçirdiyi ilk iki oyununda Rusiyaya (0:3) uduzub, İrana (1:0) isə qalib gəlib.