Əvəzində I Liqadan 3 komanda Premyer Liqaya vəsiqənin sahibi olacaq.

Misli Premyer Liqasının cari mövsümündə sonuncu yeri tutacaq komanda I Liqaya yuvarlanacaq. Matc.az xəbər verir ki, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsi tərəfindən qəbul edilib.

Əvəzində I Liqadan 3 komanda Premyer Liqaya vəsiqənin sahibi olacaq.

2024/2025-ci illər mövsümündə I Liqada sonuncu yeri tutmuş klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutmuş komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək. Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq. Cari mövsümün sonunda I Liqadan Premyer Liqaya 3 komanda yüksələcəyindən, belə bir sistem tətbiq olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest