"Real"ın yarımmüdafiəçisi Cud Bellinqemə La Liqada iki oyunluq cəza verilib. Matc.az xəbər verir ki, buna ingilis futbolçunun "Osasuna" ilə çempionat görüşündə (1:1) nalayiq ifadə işlətməsi səbəb olub.

Bellinqem 39-cu dəqiqədə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. Oyundan sonra açıqlama verən Cud nalayiq sözlər işlətdiyini etiraf etsə də, həmin kəlmələri hakimə demədiyini bildirib.

Qeyd edək ki, Bellinqem 2023-cü ildən “Real”ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest