17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tunar Muradov Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində Qazaxıstan yığması ilə keçirilən görüşün ən yaxşı oyunçusu seçilib.

Matc.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra Muradova təşkilatçılar tərəfindən qol saatı hədiyyə olunub.

Qeyd edək ki, qrup mərhələsinin II turunda İran seçməsinə qarşı matçın (1:0) ən yaxşı futbolçusu millinin qapıçısı Elbrus Kərimov seçilmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest