Misli Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Sabah" oyunun biletləri bu gün saat 19:00-dan etibarən satışda olacaq.

Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 7 və 15 manat aralığında dəyişir.

Biletlər bu gün saat 19:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest