"Real" yarımmüdafiəçisi Cud Bellinqemin iki oyunluq diskvalifikasiyasına etiraz etmək niyyətindədir.

Matc.az xəbər verir ki,bu barədə məlumatı insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşıb.

Xatırladaq ki, bu gün Bellinqem İspaniya La Liqasının 24-cü turunun "Real" – "Osasuna" oyununun hakiminə qarşı nalayiq ifadələr işlətdiyi üçün iki oyunluq cəza aldığı məlum olub.

Qarşılaşmadan sonra "Real"ın baş məşqçisi Karlo Ançelotti və futbolçunun özü hakimə qarşı təhqiramiz ifadələr işlətdiyini təkzib ediblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest