Qış "transfer pəncərəsi"ndə "Mançester Yunayted"dən icarə əsasında "Betis"ə keçən braziliyalı vinger Antoni La Liqada ayın futbolçusu adına namizəd olub.

Matc.az xəbər verir ki, bu barədə La Liqanın "X" rəsmi hesabı məlumat yayıb.

Mükafata namizədlər arasında Antonidən başqa, "Real"ın hücumçusu Kilian Mbappe və "Barselona"nın yarımmüdafiəçisi Pedri də var idi. Siyahıda həmçinin "Atletik"in pleymeykeri Oyan Sanset və "Osasuna"nın hücumçusu Ante Budimir də var.

Qeyd edək ki, Antoni bu il yanvarın 25-də "Betis"ə keçib. İspaniya klubu 24 yaşlı vingeri mövsümün sonuna qədər icarəyə götürüb. Braziliyalı yeni klubunda keçirdiyi ilk üç matçda 2 qol vurub və bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest