20 Fevral 2025, 09:35
FUTBOL
İngiltərə Premyer Liqasında 26-cı tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib.
“Aston Villa” öz meydanında lider "Liverpul"u qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə nəticələnib.
Bu nəticədən sonra "Liverpul" xallarının sayını 61-ə çatdırıb. “Mersisaydlılar” hazırda 2-ci yerdəki "Arsenal"ı 8 xal qabaqlayırlar. 39 xala malik "Aston Villa" isə 9-cu pillədə qərarlaşıb.