Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, 25 yaşlı forvard karyerasını Polşada davam etdirəcək.

“Ankaragücü”dən ayrılan futbolçu “Radomiak”a keçməyə hazırlaşır. Renat yığmada çiyin-çiyinə oynadığı Rahil Məmmədovla klubda da komanda yoldaşı olacaq. O, Radom təmsilçisinin Polşa çempionatında “Legiya” (3:1) ilə son ev matçını da tribunadan izləyib. Yaxın müddətdə keçidin açıqlanması gözlənilir.

Qeyd edək ki, Renat Dadaşovun “Ankaragücü” ilə müqaviləsinə xitam verildiyindən, o, “Radomiak”a azad agent kimi keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest